HI-TECH

Azərbaycanda “Starlink” internet xidmətinin təşkil olunması müzakirə edilib

Azərbaycanda “Starlink” genişzolaqlı peyk internet xidmətinin təşkil olunması müzakirə edilib.

ENA.az  xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev "X" sosial şəbəkəsindəki hesabında bildirib.

Onun sözlərinə görə, müzakirələr Bakıda səfərdə olan “Starlink” peyk sisteminin qlobal lisenziyalar və yeni bazarlar üzrə direktoru Rebekka Slik Hanterlə görüşdə baş tutub.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)