Qarabağ

Ermənistan parlamentində qapalı iclas - Azərbaycanla sərhədin delimitasiyası müzakirə edilir

Ermənistan baş nazirinin müavini Mqer Qriqoryanın və xarici işlər naziri Ararat Mirzoyanın iştirakı ilə parlamentin qapalı iclasında dinləmələr başlayıb.

Bu barədə məlumatı “Aysor” nəşri yayıb.

Bildirilib ki, iclasda Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiya və demarkasiyası üzrə məsələlər müzakirə olunur.

Məlumata görə, dinləmələr hakim “Vətəndaş sazişi” partiyasının təşəbbüsü ilə keçirilir. Müxalifət bu müzakirələrin təşkilinə qarşı çıxıb. Ona görə də parlamentin sədri Alen Simonyan iclasın qapalı və məxfiliyini əsas göstərərək gündəliyi qəbul etməyənlərin iclas zalını tərk etməsini istəyib.

Bildirilib ki, deputatlar dinləmədə telefonsuz iştirak edir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)