İsrail Azərbaycan və 3 ölkədəki vətəndaşlarına xəbərdarlıq edib
İsrailin Xarici İşlər Nazirliyi İranla həmsərhəd olan Azərbaycan, Türkiyə, Ermənistan və Türkmənistanda olan vətəndaşlarına xəbərdarlıq edib.
XİN-in saytında yerləşdirilən çağırışda onlara İran tərəfindən gələ biləcək təhlükələrə qarşı diqqətli və ehtiyatlı davranmalı olduqları bildirilib.
Qeyd olunub ki, təhlükə vətəndaşlarla yanaşı, İsrailin dövlət rəmzlərinə qarşı da yönələ bilər.