Rusiyanın nəhəng elektron mağazası Ozon Azərbaycan bazarına daxil olub
Ozon.ru onlayn pərakəndə satış şirkəti Azərbaycan sakinləri üçün satışa başlayıb – bu şirkətin daxil olduğu 6-cı ölkədir. Bundan öncə şirkət Ermənistan, Belarusiya, Qazaxıstan, Qırğızıstan və Özbəkistanda satışlara başlamışdır və orada artıq logistik infrastrukturuna malikdir.
Şirkətin mətbuat xidməti qeyd edib ki, yaxın gələcəkdə Azərbaycanda sifariş üçün mövcud olan malların çeşidi 10 dəfədən çox artırılacaq. Bundan əlavə, Ozon ölkədə logistika infrastrukturunu – anbar komplekslərini, özünün çatdırılma xidmətini və françayzinq çərçivəsində sifarişlərin qəbulu və verilməsi üçün brend məntəqələr şəbəkəsini inkişaf etdirməyi planlaşdırır.
Gələcəkdə şirkət həmçinin yerli sahibkarları platformada satışa cəlb etməyi və Azərbaycandan Rusiya və digər MDB ölkələrinə mal axınını həyata keçirməyi planlaşdırır.
Ozon şirkətinin MDB-də Əməliyyatlar və İnkişaf üzrə direktoru Aleksey Sapon qeyd edib ki, Azərbaycan elektron ticarətin artım templərinə görə ən dinamik inkişaf edən ölkələr sırasındadır. “Biz əminik ki, bazarımız gələcəkdə yerli sahibkarların inkişafı üçün platformaya çevriləcək” deyə şirkətdən sitat gətirən Sapon bildirib.