Bank

Mərkəzi Bankın valyuta ehtiyatları artıb

Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları 29 mart 2024-cü il tarixinə 11 milyard 654,4 milyon dollar təşkil edir. 2023-cü ilin sonuna Mərkəzi Bankın valyuta ehtiyatlarının 11 milyard 613 milyon dollar təşkil etdiyini nəzərə alsaq, 2024-cü ilin yanvar-mart aylarında ehtiyatlar 0,35% və ya 41,4 milyon dollar artıb.

Eyni zamanda, mart ayında AMB-nin valyuta ehtiyatları 0,03% və ya 4,1 milyon dollar artıb.

Qeyd edək ki, 2023-cü ildə ümumilikdə Mərkəzi Bankın valyuta ehtiyatları 29,1% artıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)