Warning: unlink(cache/default.luxe): No such file or directory in /home/nizami83/public_html/includes/Parser.php on line 129
Azərbaycandakı Türk bankları ev kreditləri verməkdə daha çox aktivləşiblər - RENKİNQ | ENA.az
Bank

Azərbaycandakı Türk bankları ev kreditləri verməkdə daha çox aktivləşiblər - RENKİNQ

Azərbaycanda ev kreditlərinin qaytarılmasında gecikmələr daha azdır və banklar daxili vəsaitləri hesabına ipoteka verməkdə maraqlıdırlar. Düzdür, bu ipoteka kreditləri güzəştli ipotekalardan xeyli baha çıxsa da, tələbat az deyil.

Azərbaycan İpoteka və Kredit Zəmanət Fondu hesabına 62 milyon 609.8 min manat həcmində ipoteka krediti verilib. Bu ipoteka krediti banklar tərəfindən əhaliyə təqdim edilir. Həmin kreditlər 6%-7% ilə verilib və aylıq ödəniş 444 manat təşkil edir. Banklar tərəfindən isə 3,920.8

Bankların qeyri-işlək kreditlərinin strukturunda ev üçün götürülən borclar cəmi 40.2 min manat tutur. Bu isə gecikmiş kreditlərin 1%-ni təşkil edir. Göründüyü kimi, ev almaq üçün borc götürən əhali istehlak və biznes kreditləri ilə müqayisədə daha məsuliyyətli davranır.

Azərbaycanda ipoteka kreditlərinin həcminə görə Azərbaycan Beynəlxalq Bankı liderdir, çünki dövlət fondu hesabına verilən kreditlər daha çox bu bank vasitəsilə əhaliyə çatır.

Aprel-iyun ayları üzrə dinamikaya baxsaq, ölkəmizdə fəaliyyət göstərən türk bankları bu sahədə daha aktivdirlər. Türkiyənin dövlət bankı olan "Ziraat Bank Azərbaycan" ASC bu üç ayda ev almaq üçün verdiyi borcların həcmini 26% artırıb. Yapı Kredi Bank Azərbaycan isə 9,3% dinamika göstərib. 

Bankların sırası

IRüb, mln manatla

 

II Rüb, mln manatla

Dinamika, % ilə

l. ABB ASC

1214.2

1298.9

7.0%

2. Kapital Bank ASC

583.9

610.5

4.5%

5.Xalq Bank ASC

377.8

422.1

11.7%

4. Bank BTB ASC

189.8

189.4

-0.2%

5. AzƏr Türk Bank ASC

182.9

185.4

1.3%

6. PAŞA Bank ASC

161.2

172.1

6.7%

7. Rabitəbank ASC

141.8

145.4

2.5%

8. Bank Respublika ASC

125.3

151.9

5.3%

9. TuranBank ASC

125.2

124.9

1.4%

10. Expressbank ASC

106.5

108.8

2.1%

11. Unibank KB ASC

92.1

95.6

1.7%

12. Yelo Bank ASC

76.6

77.9

1.7%

15. Premium Bank ASC

67.5

71.5

5.8%

14.AFB Bank ASC

63.6

66.5

4.5%

15. Bank Avrasiya ASC

56.0

55.9

-0.5%

16. Bank VTB (Azərbaycan) ASC

50.3

53.4

6.1%

17.Yapı Kredi Bank Azərbaycan QSC

40.4

44.2

9.3%

18. Bank of Baku ASC

38.9

42.9

10.2%

19.Ziraat Bank Azərbaycan ASC

15.6

19.5

25.7%

20. Azərbaycan Sənaye Bankı ASC

17.4

18.7

7.2%

21. AccessBank QSC

8.0

8.3

4.1%

22. Bank Melli İran Bakı filialı

0.1

0.1

-5.0%

 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)