Əhalinin ən çox borcu hansı banklaradır? – RENKİNQ CƏDVƏLİ
Təkcə bu ilin iyun ayında Azərbaycanda 7 milyon 633.8 min manat həcmində istehlak kreditləri verilib. Kredit portfelinin strukturu isə belədir:
biznes kreditləri – 54.6% (13,874.8 mln. manat);
istehlak kreditləri – 30% (7,633.8 mln. manat)
ipoteka kreditləri – 15.4% (3,920.8 mln. manat)
Ümumi qeyri-işlək kredit portfelində (672.8 milyon manat) istehlak kreditlərinin həcmi 34% (226.3 milyon manat) təşkil edir və bu, bir qədər düşündürücü rəqəmdir.
Ümumilikdə bank sektoruna nəzər salsaq, demək olar ki, əsas gəlir mənbələrindən bəlkə də birincisidir. Çünki istehlak kreditləri üzrə faizlər daha yüksək və daha qısamüddətli pullar tələb edir. Bu isə pulun sürətli dövriyyəsini və daha çox qazancı təmin edir.
2024-cü ilin aprel-iyun aylarında istehlak kreditləri üzrə ən yüksək dinamikanı dövlət bankı olan AzƏr Türk Bank ASC göstərib. Artım tempinə görə ikinci sırada digər dövlət bankı ABB ASC qərarlaşır. Nəhayət üçüncü sırada özəl bank olan Yelo Bank ASC-dir.
İstehlak kreditlərinin cəmi həcminə gəlincə əhalinin sosial kartlarına xidmət göstərən Kapital Bank ASC və ABB liderdir. Üçüncü sırada pərakəndə bank bazarının liderlərindən biri olan Unibank dayanır və onun ikinci sırada dayanan dövlət bankın ilə istehlak kreditlərinin həcmindəki fərqi 1 milyard manatdan yuxarıdır.
Bankların sırası |
I Rüb 2024, mln manatla |
II Rüb, 2024, mln manat |
Dinamika, % |
1. Kapital Bank ASC |
2421.6 |
2562.4 |
5.8% |
2.ABB ASC |
1,489.8 |
1646.4 |
10.5% |
3.Unibank KB ASC |
607.8 |
625.2 |
2.9% |
4. Bank of Baku ASC |
487.6 |
527.5 |
8.2% |
5.Xalq Bank ASC |
259.5 |
275.5 |
6.1% |
6. Bank Respublika ASC |
259.2 |
274.8 |
6.0% |
7.AzƏr Türk Bank ASC |
258.7 |
267.9 |
12.5% |
8.Rabitəbank ASC |
245.8 |
261.4 |
6.5% |
9. Yelo Bank ASC |
219.2 |
259.1 |
9.1% |
10. AccessBank QSC |
225.9 |
251.1 |
2.5% |
11. Expressbank ASC |
196.0 |
205.4 |
4.8% |
12.TuranBank ASC |
142.2 |
144.7 |
1.8% |
15. Bank VTB (Azərbaycan) ASC |
82.0 |
89.0 |
8.6% |
14. PAŞA Bank ASC |
85.5 |
88.7 |
4.0% |
lS.Yapı Kredi Bank Azərbaycan QSC |
70.9 |
72.7 |
2.6% |
16. Premium Bank ASC |
52.5 |
25.9 |
-19.9% |
17. Bank BTBASC |
25.9 |
24.9 |
4.1% |
18.AFB Bank ASC |
21.2 |
19.2 |
-9.5% |
19. Bank Avrasiya ASC |
15.5 |
14.8 |
-5.6% |
20. Azərbaycan Sənaye Bankı ASC |
6.4 |
6.9 |
8.5% |
21.Ziraat Bank Azərbaycan ASC |
5.5 |
5.9 |
5.6% |
22.Bank Melli İran Bakı filialı |
5.0 |
4.1 |
-17.9% |