Dövlət xidməti benzin almaq üçün tender elan etdi

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidməti 54 min manatlıq benzin almaq üçün tender elan edib.
Yanacağın 42 litri A-92, 6 litri A-95-dir.
İştirak haqqı 108 manat, satınalmalarda əlaqəli sənədləri görmək üçün istifadə haqqı 25 manatdır. Təkliflərin son təqdim edilməsi vaxtı 29 aprel 2024-cü ilə təyin edilib.