Səhmlər və Bitcoin yüksəldi, lüks saatların qiymətləri yenidən bahalaşmağa başladı
Rolex və Patek Philippe kimi məşhur saatların ikinci əl qiymətlərində təxminən 2 illik azalma tendensiyası geri döndü. ENA.az xəbər verir ki, birjalar və Bitcoin-in yüksəlişi saat qiymətlərinin artmasında təsirli oldu.
Bloomberg yazır ki, Rolex və Patek Philippe kimi dünyaca məşhur saat markalarının ikinci əl qiymətləri kəskin enişlərdən sonra ikinci aydır ki, nisbətən sabit qalıb.
Belə ki, təkrar bazarda qiymətlər 33 628 dollar olub. İndeks ikinci əl bazarında ən çox satılan ilk 50 modeli əhatə edir.
Mavi-qırmızı çərçivəli Rolex "Pepsi" modelinin qiyməti 1,9 faiz artaraq 20 min 600 dollar olub.
Pandemiya dövründən sonra dəbdəbəli ikinci əl saatların qiymətləri 2021-ci ildə və 2022-ci ilin əvvəlində bütün zamanların ən yüksək səviyyəsinə çatdı. Faiz endirimi gözləntilərinin birjaları dəstəklədiyi və oktyabr ayından etibarən Bitcoin qiymətlərindəki sürətli artımın ikinci əl lüks saat bazarında bahalaşmaya səbəb olduğu ifadə edilir.
Aprel ayında təqdim olunacaq yeni Rolex və Patek Philippe modellərində qiymətlərin daha da artmacağı gözlənilir.