Prezident XI Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Martın 14-də Bakıda, “Gülüstan” sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Parçalanmış dünyanın bərpası” mövzusunda XI Qlobal Bakı Forumu işə başlayıb.
ENA.az xəbər verir ki, Prezident İlham Əliyev Forumun açılış mərasimində iştirak edib.
Əvvəlcə xatirə fotosu çəkdirilib.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin XI Qlobal Bakı Forumunu açıq elan edib.
Dövlətimizin başçısı açılış mərasimində çıxış edib.
Sonra Latviyanın sabiq Prezidenti və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri Vayra Vike–Freyberqa çıxış edib.
x x x
Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə xatirə hədiyyəsi təqdim etdi.
Daha sonra Forumda Albaniya Prezidenti Bayram Beqay, Bosniya və Herseqovinanın Rəyasət Heyətinin serb üzvü Jelka Tsviyanoviç, Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesus, BMT Baş katibinin siyasət üzrə müavini Qay Rayder, BMT-nin İnsanın İmmunçatışmazlığı Virusu/Qazanılmış İmmun Çatışmazlığı Sindromu üzrə Birgə Proqramının (UNAIDS) icraçı direktoru Vinni Byanyima, BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Anxel Moratinos çıxış etdilər.
Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın, Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Auld isə Birləşmiş Krallığın Baş naziri Rişi Sunakın Forum iştirakçılarına məktublarını oxudular.