TURİZM

AZAL aviabiletləri taksitlə satacaq - YENİLİK

Artıq sərnişinlər kredit kartı ilə aviabiletləri faizsiz və komissiyasız taksitlə əldə edə bilərlər. ENA.az xəbər verir ki, Azərbaycanın milli aviadaşıyıcısı AZAL və dövlət bankı ABB əməkdaşlıq çərçivəsində aviadaşımaları və səyahətləri geniş auditoriya üçün daha da əlçatan edən yeni imkan təqdim edir.

Aviabiletləri taksitlə almaq imkanı AZAL-ın bütün istiqamətləri üçün keçərlidir.  Aviabilet alışı zamanı ödənişləri 2 və ya 3 aya bölmək mümkündür. Aviabiletləri taksitlə əldə etmək üçün sərnişinlər:
 
- Bileti seçib ödəniş mərhələsinə keçməli;
- Ödəniş üsulu kimi TamKart-ı seçməlidirlər.
 
Hissə-hissə ödəniş imkanı ilə aviabiletləri onlayn qaydada AZAL-ın rəsmi www.azal.az saytından və aviaşirkətin yenilənmiş mobil tətbiqindən əldə etmək olar.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)