"Hər 4 əməliyyatdan biri "ApplePay" və "GooglePay"lə həyata keçirilir"

Azərbaycanda təsərrüfat subyektlərdə quraşdırılmış POS-terminallarla aparılan hər 4 əməliyyatdan biri "ApplePay" və "GooglePay" vasitəsilə həyata keçirilir.
Bnu Azərbaycan Mərkəzi Bankının (AMB) icraçı direktoru Fərid Osmanov Bakıda keçirilən “Visa Cashless Forum 2024 – Rəqəmsal Azərbaycan” tədbirində bildirib.
O, həmçinin deyib ki, ötən ilin sonuna tokenlə aparılan ödənişlərin sayı əvvəlki ilə nisbətən 3,5 dəfə artıb.