Dünyanın iki böyük iqtisadiyyatı qarşı-qarşıya gələrsə: proqnoz dəyişdi
Beynəlxalq Valyuta Fondu qlobal artımın proqnozunu yeniləyib.
Bİ.az xəbər verir ki, 2018 və 2019-cu illər üzrə verilmiş 3.9% göstəricisi 3,7% ilə əvəzlənib. Proqnozun dəyişməsinin əsas səbəbi ABŞ və Çin arasında ticarət müharibəsidir. BVF-nin İdarəetmə Direktoru Kristin Lagard deyir: "Biz həmişə qeyd etmişik ki, ticarət müharibələri, gömrük rüsumları dünya iqtisadiyyatının xeyrinə deyil. Biz ümid edirik ki, ağıl , intellekt zəfər çalacaq və bütün oyunçular müzakirələr masasına oturaraq dünya ticarət qaydalarının təkmilləşməsi üçün razılığa gələcəklər ".
BVF-nin və Dünya Bankının Bali şəhərində illik toplantısı zamanı açıqlanan yeni proqnozları Birləşmiş Ştatlarda vergi azalmalarının və idxala tələbatının yüksəlməsi nəticəsində artım tendensiyasının azaldığını göstərir. "Dünyanın iki böyük iqtisadiyyatı qarşı-qarşıya gələrsə, bu vəziyyətdə hər kəs əziyyət çəkəcək", deyə BVF Baş iqtisadçı Maurice Obstfeld bildirib.
Təşkilatın hesablamalarına görə, 2019-ci ildə Çinin ÜDM-i 1,6% və ABŞ-ın ÜDM indeksi 0,9% azalacaq. Nəticədə 2020-ci ildə dünya üzrə ÜDM-un 0,8% -dən çox azalacağı gözlənilir. İnkişaf göstəricilərini dəyişən digər amillər kimi avro bölgəsi ölkələrinin zəif göstəriciləri, həmçinin inkişaf etməkdə olan bazarlarda likvidlik və kapital axınlarını qeyd etmək olar.