Azərbaycan bankları 79 milyon dollar aldı
Azərbaycan Mərkəzi Bankı (AMB) bu gün Dövlət Neft Fondunun (ARDNF) iştirakı ilə keçirdiyi valyuta hərracında banklara $79,1 milyon satıb.
Martın 5-də keçirilən hərracda banklara $68,9 milyon məbləğində xarici valyuta satılmışdı.
“Martın 7-də keçirilən hərracda tələb $79,1 milyon təşkil edib və tam təmin edilib. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7 manat səviyyəsində formalaşıb”, - deyə AMB-dən bildirilib.
AMB 2017-ci il yanvarın 12-dən etibarən yeni formatda hərrac mexanizminin tətbiqinə başlayıb.
Hərrac birtərəfli valyuta satışı formasında və rəqabətli qaydada keçirilir.