“Visa” Azərbaycan və 17 ölkənin daxil olduğu regional bölməsinə rəhbər təyin etdi
Kart ödənişləri sistemi “Visa Inc.” 17 ölkəni əhatə edən böyük region üzrə Baş vitse-prezident və Regional menecer vəzifələrinə xanım Kristina Doroşu təyin etdi.
Bu barədə “Visa Inc.” şirkətindən bildirilir.
K.Doroş şirkətin Mərkəzi Asiya və Azərbaycanda biznes fəaliyyətini istiqamətləndirməyə davam etməklə yanaşı, Cənubi və Şərqi Avropa, Qafqaz, Ukrayna və Moldova regionunda Visa-nın fəaliyyəti və strateji inkişafına cavabdeh olacaq.
Kristina Doroşun dünyanın aparıcı maliyyə müəssisələrində 20 ildən çox iş təcrübəsi var. 2016 ildə “Visa”-ya qoşularaq o, əsas (debit, kredit və premium) kart məhsulları, loyallıq proqramlarının işlənilməsi, rəqəmsal həllər və ödəyici təşəbbüsü ilə ödənişlər (push payments) istiqamətlərini əhatə edən regional komandaya rəhbərlik etməklə başlayıb.
“Kristinanı Ukrayna, Gürcüstan, MDB və CŞA ölkələri regionunun yeni başçısı qismində salamlamağa çox şadıq. 20 ildən artıq maliyyə sektoru təcrübəsinə, o cümlədən Visa-da 9 illik iş stajına malik Kristinanın zəngin liderlik səriştəsi ödəmələrdə innovasiyaları sürətləndirməyə kömək edəcək. İnanılmaz tərəqqi və olduqca geniş imkanlarla səciyyələnən hazırkı dövrdə Krisitina, iddialı yerli komandalarımızla birgə, bazarın böyüməsinə və strateji dövlət və özəl tərəfdaşlıqların inkişafına doğru təsirli irəliləyişlərə imza atacaq.”- deyə, Yeni təyinatı şərh edərək, Visa-nın Mərkəzi və Şərqi Avropa – Yaxın Şərq – Afrika (CEMEA) regionu üzrə prezidenti Endryu Torre bunları deyib
“Visa biznes əməliyyatları üçün böyük məsuliyyəti qəbul edərək, daha geniş miqyasda müştəri və tərəfdaşlarımızla sıx işbirliyi qurmağa, regionda yenilikçi ödəmə həllərinin sayını artırmağa və Visa-nın innovativ şəbəkəsi vasitəsilə sürətli, təhlükəsiz və rahat pul hərəkətini təmin etməyə səy göstərəcəm”, – deyə, Kristina Doroş bildirib.