Sənaye

Azərbaycan "Wind Europe" ilə külək enerjisi sahəsi üzrə Anlaşma Memorandumu imzalayacaq

Azərbaycanın Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi ilə Avropa Külək Enerjisi Assosiasiyası "Wind Europe" arasında külək enerjisi sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanacaq.

ENA.az xəbər verir ki, imzalanma mərasimi Bakıda keçirilən Cənub Qaz Dəhlizi (SGC) Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclaslarında baş tutacaq. İmzalanmada Azərbaycanda səfərdə olan Avropa İttifaqının (Aİ) enerji məsələləri üzrə komissarı Kadri Simson iştirak edəcək.

İclasda, həmçinin Energetika Nazirliyi ilə İspaniyanın “Elecnor” şirkəti arasında Azərbaycanda bərpa olunan enerji layihələri üzrə əməkdaşlığa dair Anlaşma Memorandumun da imzalanması nəzərdə tutulur.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)