Sosial iqtisadiyyat

Tural Pirverdiyev “Azercell”in birgə müəssisəsinə rəhbərlik edəcək

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Aztelekom” və “Bakı telefon Rabitəsi” MMC-nin baş direktoru törəmə şirkətə də birbaşa rəhbərlik edəcək.

Məlumata əsasən, Azeronline LTD Birgə Müəssisəsinin rəhbəri Elxan Kərimov Teymur oğlu vəzifəsindən ayrılıb.

Onu bu vəzifədə Tural Pirverdiyev Söhrab oğlu əvəzləyib. T.Pirverdiyev “Aztelekom” və “Bakı telefon Rabitəsi”nə rəhbərlik edir.

Elxan Kərimov Azerlonline LTD-yə 2023-cü ilin noyabrında təyin edilmişdi.

“Azeronline LTD” Birgə Müəssisəsi 1999-cu il, 29 dekabr tarixində “Azercell Telekom” tərəfindən təsis edilib, 100 000 manat nizamnamə kapitalı vardır. Azərbaycanda internet provayder şirkətlərindən biri olan Azeronline fəaliyyətinə dial-up internet xidmətinin göstərilməsi ilə başlayıb.

Hazırda “Azeronline” həm fərdi, həm də korporativ müştərilərinə ADSL xidməti ilə yanaşı, müasir texnologiyalara əsaslanan FTTx, Simsiz və Ayrılmış xətt kimi internet xidmətləri də təqdim edir. Şirkətin müştəriləri iri şirkətlər, banklar, eləcə də dövlət qurumlarıdır.

“Azercell”ın səhmlərinin əsas hissəsi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “AzInTelekom”a məxsusdur.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)