Azərbaycanda ötən il “ApplePay” ilə 2 milyard manatlıq əməliyyat aparılıb
2023-cü ildə Azərbaycanda “ApplePay” ödәniş hәlli vasitәsilә 1,9 milyard manatlıq ödəniş həyata keçirilib.
Bu barədə Azərbaycan Mərkəzi Bankının illik “Rəqəmsal Ödənişlər İcmalı”nda bildirilir.
Məlumata görə, bu, 2022-ci illə müqayisədə 2,9 dəfə çoxdur.
Hesabat dövründə “ApplePay” ödәniş hәlli vasitәsilә ödənişlərin sayı isə 3,1 dəfə artaraq 67,5 milyon ədədə çatıb.