Gündəm

Oksfordda təhsil alan yeni ədliyyə naziri kimdir?

Xəbər verdiyimiz kimi, Fərid Turab oğlu Əhmədov Azərbaycan Respublikasının ədliyyə naziri təyin edilib.

ENA.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Fərid Turab oğlu Əhmədov kimdir?

1979: Bakı şəhərində anadan olmuşdur.

Təhsil

2000: Bakı Dövlət Universitetində hüquqşünaslıq ixtisası üzrə bakalavr təhsilini bitirmişdir.

2002: Beynəlxalq hüquq üzrə magistr təhsilini bitirmişdir.

2003: “Chevening” təqaüdçüsü olaraq İngiltərənin Esseks Universitetində beynəlxalq insan hüquqları ixtisası üzrə magistr dərəcəsi almışdır.

2009: Doktorantura pilləsi üzrə təhsilini almaq məqsədilə İngiltərənin Oksford Universitetinə “Weidenfeld” təqaüdçüsü olaraq daxil olmuşdur.

2016: Oksford Universitetinin hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır.

Karyera

2006-2007: Milli Məclis Aparatının İnzibati və Hərbi qanunvericilik şöbəsində məsləhətçi vəzifəsində çalışmışdır.

2015-2017: “Azərbaycan” Universitetinin rektoru olmuşdur.

2017-2020: “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-də baş direktorun müavini vəzifəsində çalışmışdır.

2021: Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müşaviri təyin edilmişdir.

2022: Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 24 may tarixli Sərəncamı ilə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini təyin edilmişdir.

Xarici dillər

  • İngilis
  • Rus

Həyatı

Ailəlidir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)