Dövlət əmlakının özəlləşdirilməsi və icarəsindən nə qədər vəsait toplanıb?
2024-cü ilin yanvar ayında dövlət əmlakının özəlləşdirilməsi və icarəsindən Azərbaycanın dövlət büdcəsinə daxilolmalar 15,3 milyon manat (cari məzənnə ilə $9 milyon) təşkil edib. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən bildirilib.
“2024-cü ilin yanvar ayında özəlləşdirmədən dövlət büdcəsinə 12,3 milyon manat vəsait daxil olub ki, bu da 2023-cü ilin yanvar ayının göstəricisindən 1,3 dəfə çoxdur. Daşınmaz dövlət əmlakının (qeyri-yaşayış və torpaq sahələrinin) icarəsindən isə dövlət büdcəsinə 3 milyon manat vəsaitin ödənilməsi təmin olunub”, - deyə məlumatda bildirilir.
Cari ilin ilk ayı ərzində 4 hərrac keçirilib. Hərraclarda 37 nəqliyyat vasitəsi özəlləşdirilib.
Hesabat dövründə 46-sı qeyri-yaşayış, 155-i isə torpaq sahələrinə aid olmaqla, ümumilikdə 201 yeni icarə müqaviləsi bağlanılıb.