Sənaye

“Azermirror” güzgü istehsalına 11 milyon əlavə investisiya qoyur

“Azermirror” MMC-yə Sumqayıt Kimya Sənaye Parkının (SKSP) rezidenti statusu verilib. Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov məlumat verib.

“Azermirror” MMC-yə SKSP-nin rezidenti statusu verilib və bununla da rezidentlərin sayı 40-a çatıb. Şirkət tərəfindən Sənaye Parkının ərazisində alüminium təbəqəli vərəqə güzgü istehsalı həyata keçiriləcək”, - deyə nazir “Facebook” səhifəsində yazıb.

O qeyd edib ki, investisiya dəyəri 11 milyon manat olan müəssisədə 44 nəfərlik daimi iş yerinin yaradılması nəzərdə tutulur.

Sumqayıt Kimya Sənaye Parkı ölkədə innovativ və yüksək texnologiyalar əsasında rəqabət qabiliyyətli sənaye istehsalının inkişafı üçün münbit şəraitin formalaşdırılması, bu sahədə sahibkarlığın dəstəklənməsi, qeyri-neft sektorunun davamlı inkişafının təmin edilməsi və əhalinin istehsal sahəsində məşğulluğunun artırılması məqsədilə yaradılıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)