Azərbaycanda bələdiyyələrin 95 %-nin elektron xəritəsi hazırlanıb
Azərbaycanda bələdiyyələrin 95 %-nin elektron xəritəsi artıq hazırdır.
Bunu ədliyyə nazirinin müavini Vilayət Zahirov Milli Məclisdə Regional məsələlər komitəsinin fevralın 19-da keçirilən iclasında çıxışı zamanı deyib.
Nazir müavini bildirib ki, dekabrda təqdim edilən son məlumata əsasən, artıq 1 323 bələdiyyənin elektron xəritəsi hazırdır, 37-si isə hazırlanaraq razılaşmaya təqdim edilib.
Onun sözlərinə görə, bununla bağlı İqtisadiyyat Nazirliyinə müraciət edilib və işlər yekunlaşmaq üzrədir: “Əsas məsələ xəritələrin razılaşdırılması prosesidir. Hələ başa çatmamış müəyyən işlər var. Bu sahədə aidiyyəti qurumlarla mütəmadi görüşlər keçirilir".