Bank

Ziraat Bank Azərbaycana Marketinq direktoru təyin olunub

Bankçılıq sektorunda 17 illik peşəkar təcrübəyə malik olan Aynur Mirzəyeva yeni vəzifəsində Ziraat Bank Azərbaycanın marketinq strategiyasının formalaşdırılması, məhsul marketinqi və müştəri təcrübəsinin təkmilləşdirilməsi, korporativ kommunikasiya fəaliyyətinin idarə olunması, brend inkişafı istiqamətlərinə rəhbərlik edəcək. O, həmçinin yeni məhsul və xidmətlərin hazırlanması və inkişafı, məhsul portfelinin təkmilləşdirilməsi, məhsul strategiyalarının formalaşdırılması, məhsulların bazar ehtiyaclarına uyğunlaşdırılması, eləcə də müştəriyönümlü innovativ həllərin yaradılması və təşviqi istiqamətlərində mühüm rol oynayacaq.

Peşəkar fəaliyyəti ərzində Aynur Mirzəyeva Rabitabank, Express Bank, Bank Respublika və Kapital Bank kimi aparıcı maliyyə institutlarında müxtəlif rəhbər vəzifələrdə çalışıb. Son olaraq Kapital Bank, BirBank komandasının Ekspert Məhsul Rəhbəri kimi fəaliyyət göstərib.

Karyerası boyunca məhsul inkişafı və məhsul idarəetməsi, rəqəmsal transformasiya, məhsul marketinqi üzrə strategiyalarının hazırlanması, müştəri təcrübəsinin təkmilləşdirilməsi və iri həcmli layihələrin idarə olunması sahələrində uğurlu nəticələr əldə edib. O, müxtəlif maliyyə institutlarında pərakəndə və rəqəmsal bank məhsullarının yaradılması və inkişafı, məhsul strategiyasının hazırlanması, məhsul portfelinin idarə olunması, bazar ehtiyaclarına uyğun innovativ həllərin tətbiqi və məhsulların həyat dövrünün effektiv idarə olunması istiqamətlərində mühüm layihələrə rəhbərlik edib.

Aynur xanım bakalavr və magistr dərəcələrinə malikdir, ailəlidir, iki övladı var.

“Ziraat Bank Azərbaycan” ASC, 162 illik tarixə malik Türkiyə Respublikasının “Ziraat Maliyyə Qrupu”-nun üzvüdür. Bank, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Korporativ və pərakəndə bankçılıq sahəsində müasir məhsul və xidmətləri Bakı, Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində yerləşən 11 filialı və Quba şəhərində yerləşən 1 şöbəsi ilə yanaşı, rəqəmsal platformalar üzərindən də müştərilərə xidmət göstərir.

Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumatı Bankın Instagram, X-platforması, Linkedin, YouTube sosial media hesablarından və ya *9229 qısa nömrəsinə zəng edərək əldə edə bilərsiniz.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)