Bank

İnvestisiya şirkətlərinin rəhbərləri Mərkəzi Banka toplaşdı

Mərkəzi Bankda Milli Depozit Mərkəzi, Bakı Fond Birjası və investisiya şirkətlərinin rəhbərləri ilə növbəti görüş keçirilib.

ENA.az xəbər verir ki, bu barədə qurumun sədri Taleh Kazımov “X” sosial şəbəkəsindəki hesabında bildirib.

Görüş zamanı ölkədaxili makroiqtisadi meyillər və monetar şərait, inflyasiya, valyuta bazarında vəziyyət, habelə iqtisadi aktivliyə həsr edilmiş təqdimat keçirilib. Həmçinin, ötən il üzrə ölkədə kapital bazarlarının fəaliyyətinin nəticələri və onların maliyyə sistemində rolunun artırılması, maliyyə sektorunun inkişaf strategiyasından irəli gələn məsələlərə dair fikir mübadiləsi aparılıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)