Hadisə

Türkiyənin F-35 proqramına qayıtması ilə bağlı Ağ Evdən açıqlama

Ağ Ev Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar üzrə koordinatoru Con Kirbi ABŞ-ın S-400-lərlə bağlı narahatlığını aradan qaldıracağı təqdirdə Türkiyənin yenidən F-35 proqramına qoşulmasının mümkün olduğunu bildirib.

Kirbi gündəlik mətbuat brifinqində F-35-lərlə bağlı sualı cavablandırıb.

Kirbi Türkiyəyə F-16-ların satışından sonra bu ölkənin F-35 proqramına qayıda bilməyəcəyi sualına isə hazırda bu mövzuda heç bir dəyişiklik və ya hazırkı inkişaf olmadığını cavablandırıb.

Kirbi, "Bu mövzuda danışıqlarımız davam edir. Türkiyə bu mövzuda narahatlığımızı aradan qaldıra bilsə, o zaman F-35 proqramındakı iştirakı bərpa edilə bilər" deyib.

Türkiyədə danışıqlar aparan ABŞ dövlət katibinin müavini vəzifəsini icra edən Viktoriya Nuland Rusiyadan alınan S-400 raketdən müdafiə sistemi ilə bağlı vəziyyətin həll olunacağı təqdirdə Türkiyəni yenidən F-35 proqramına qəbul etməkdən məmnun olacaqlarını bildirib.
 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)