Bank

“Bank of Baku”nun sədrinə müavin təyin edildi

“Bank of Baku” ASC-nin İdarə Heyətininin sədrinə yeni müavin təyin edilib.

Məlumata görə,  bu Tural Məmmədovdur.

Bununla da İdarə Heyətinin üzvlərinin sayı beşə yüksəlib.

T.Məmmədov bundan öncə Problemli kreditlər, inzibati və təhlükəsizlik üzrə sahə direktoru idi.

Məmmədovun ümumi peşəkar təcrübəsi 20 ili əhatə edir ki, bunun da son 17 ilini bank sektorunda həyata keçirib.

“Bank of Baku”nun komandasına 2011-ci ildən qatılıb. İlk olaraq Hüquq departamentinin direktoru və 2022ci ilin yanvarında isə Sahə direktoru kimi Problemli kreditlər departamenti, Hüquq departamenti, İnzibati və təhlükəsizlik departamentini kurasiya edib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)