Bank

"Expressbank" dividend ödənişini elan etdi

"Expressbank" ASC 2025-ci ilin maliyyə nəticələri əsasında səhmdarlarına 10,814 milyon manat dividend ödəyib.

Bankın məlumatına görə, bu, 2024-cü illə müqayisədə 24,8 % çoxdur.

Xatırladaq ki, "Expressbank" 1989-cu ildə "Azərnəqliyyatbank" adı ilə fəaliyyətə başlayıb, 2010-cu ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 112,545 milyon manatdır. Bankın səhmlərinin 48,8 %-i "Azenco Group"a, 30,8 %-i "Enerqoservis" MMC-yə, 20 %-i Hafiz Seyidova, 0,4 %-i Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə məxsusdur.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)