Asiya İnkişaf Bankı manatla istiqrazların yeni yerləşdirilməsini həyata keçirdi
Asiya İnkişaf Bankı (AİB) Azərbaycanın milli valyutasında istiqrazların yeni yerləşdirilməsini həyata keçirib və 19,5 milyon manat (cari məzənnə ilə $11,47milyon) cəlb edib.
AİB məlumat verib ki, istiqrazlar Azərbayacn manatında ifadə edilib, ancaq ABŞ dollarına bağlı istiqraz kimi strukturlaşdırılıb, bu da xarici investorları cəlb etməyi sadələşdirir.
İstiqrazların yerləşdirilməsindən cəlb olunan vəsait Azərbaycanda qadın sahibkarlığının və kənd təsərrüfatı sənayesinin inkişafının maliyyələşdirilməsinə yönəldiləcək.
İstiqrazların dövriyyə müddəti - 3 il, kupon dərəcəsi - illik 6,5%-dir. İstiqrazların buraxılışının təşkilatçısı “Merrill Lynch İnternational” olub, istiqrazları bir Avropa investoru əldə edib.
AiB üçün bu, Azərbaycanın milli valyutasında üçüncü istiqrazdır. 2023-cü ilin yanvarında AiB bu yolla 8,4 milyon manat (təxminən $4,9 milyon), noyabrda isə 14,5 milyon manat ($8,52 milyon) cəlb edib.
Azərbaycan 1999-cu ildən AİB-nin üzvüdür. Əməkdaşlıq dövründə bank ölkəyə $5,2 milyarddan artıq məbləğdə kredit və qrant ayırıb.