Dünyanın ən bahalı şəhərləri açıqlanıb – Siyahıda Bakı da var
“Numbeo” xidməti dünyanın ən bahalı şəhərlərinin reytinqini yeniləyib, Banker.az bu barədə Kapital.kz saytına istinadən xəbər verir. Beləliklə, 2024-cü ilin ən bahalı on şəhəri aşağıdakılardır:
- Hamilton (Bermud adaları)
- Sürix (İsveçrə)
- Bazel (İsveçrə)
- Lozanna (İsveçrə)
- San-Xose (ABŞ)
- Cenevrə (İsveçrə)
- San-Fransisko (ABŞ)
- Bern (İsveçrə)
- Vaşinqton (ABŞ)
- Nyu-York (ABŞ)
Almatı MDB ölkələri arasında 270-ci yeri tutub, Moskva iki pillə yüksəkdə yer alıb. Gürcüstanın Batumi şəhəri 276-cı yerə layiq görülüb. Bakı 291-ci, Kiyev 300-cü, Daşkənd 330-cu, Bişkek 332-ci yeri tutub. Reytinqdə sonuncu yerdə Pakistan şəhərləri İslamabad, Lahor və Kəraçi qərarlaşıb.