Bloomberg: ABŞ İrana qarşı gizli əməliyyat keçirmək imkanlarını araşdırır
Amerika Birləşmiş Ştatları Yaxın Şərqdəki hərbi bazasına hücuma cavab vermək üçün müxtəlif variantları, o cümlədən İrana qarşı gizli əməliyyat keçirmək imkanlarını nəzərdən keçirir.
Bu barədə Bloomberg mənbələrə istinadən məlumat yayıb.
Qeyd olunub ki, üç amerikalı əsgərin həyatına son qoyan hücum Vaşinqtondan “daha qətiyyətli reaksiyaya səbəb olacaq” və bu, Qəzza zolağında qarşıdurma başlayandan bəri miqyasına görə üstün olacaq.
Agentlik mümkün addımlar arasında ABŞ-ın İrana zərbə endirəcəyi gizli əməliyyatın adını çəkir. Eyni zamanda, Vaşinqton bu kampaniyada iştirakını elan etməyəcək. Eyni zamanda ABŞ İran rəsmilərini də birbaşa hədəfə ala bilər.
Vaşinqtonun nə etməsindən asılı olmayaraq, ABŞ prezidenti Co Bayden səlahiyyət müddətinin ən mühüm qərarlarından birini verməli olacaq.
Agentlik hesab edir ki, bu, Vaşinqtonla Tehran arasında birbaşa qarşıdurmaya səbəb ola bilər.