BİZNES

Azərbaycanın ən məşhur şirkətləri açıqlandı - SİYAHI

Yanvar ayında Azərbaycanın ən məşhur şirkətləri məlum olub.

"BI" xəbər verir ki, MC&S-in media monitorinq qrupu  01-31 yanvar 2019-cu il dövrü üzrə məlumatların hesabatına yekun vurub. Media monitorinqin əhatəsinə daxil olan məlumatlar say, xarakter və məzmun üzrə təhlil olunub, sektorlar üzrə şirkətlərin media reytinqi hesablanıb.
Qeyd edək ki, Şirkətin media monitorinq qrupu  12 Televiziya, 55  çap  və  600 on-line media daxil olmaqla  667-dən çox mənbəni, eyni zamanda sosial şəbəkələri izləyir. Şirkət hazırda 20 sektorun, o cümlədən Enerji-yanacaq, Telekommunikasiya, Bank, Sığorta, Otelçilik və Turizm, İnşaat, Ərzaq, Tibb, İçki, Avtomobil, Təhsil və sair sahələrin media monitorinqini aparır. 
Aparıcı 5 sektor üzrə adı mediada ən çox adı  hallanan qurumların ilk beşliyini təqdim edirik. 
 
Mobil rabitə
Azercell 1579
Nar mobile 1275
Bakcell 877
 
Bank sektoru
Azərbaycan Beyəlxalq Bankı 1548
Kapital Bank 736
Bank Respublika 428
Unibank 310
Paşa Bank 305
 
Sığorta sektoru
Atəşgah 176
Standard 157
PAŞA  127
Azərsıgorta   119
AXA MBASK 105
 
Ali məktəblər
BDU   1753
UNEC 1398
ADU   913
BANM 656
ADPU 531
 
Hotellər
Landmark 132
Hilton  86
Hyatt Regency 80
JW Marriott Absheron 58
Four Seasons 54

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department