Bank

AMB kart əməliyyatlarında nağdsız ödənişlərin çəkisini 70%-ə qədər artırmağı hədəfləyir

Azərbaycan Mərkəzi Bankı (AMB) 2027-ci ilədək kart əməliyyatlarında nağdsız ödənişlərin çəkisinin 70%-i ötəcəyini gözləyir. Belə bir hədəf AMB-nin təsdiq etdiyi “2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası”nda öz əksini tapıb.

AMB-nin məlumatına görə, 2023-cü ilin sonuna kart əməliyyatlarında nağdsız ödənişlərin çəkisi 55% təşkil edir.

Bundan başqa, Mərkəzi Bank 2024-2026-cı illərdə ani ödənişlərin milli ödəniş sistemi (MÖS) əməliyyatlarında çəkisini əhəmiyyətli dərəcədə artırmağı planlaşdırır. Hazırda bu göstərici 0,39% təşkil edir. AMB hesab edir ki, 2027-ci ilədək ani ödənişlərin MÖS əməliyyatlarında çəkisi 25%-dən çox arta bilər.

Daha bir hədəf pərakəndə ticarət dövriyyəsində nağdsız ödənişlərin çəkisinin ən azı 40%-dək artırılmasıdır (hazırda bu göstərici 21,1%-dir).

AMB, həmçinin 2027-ci ilədək cari hesablardan aparılan müştəri köçürmələrində rəqəmsal bankçılığın çəkisinin 90%-i ötəcəyini (hazırda 80%-dir) nəzərdə tutur.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)