Sosial iqtisadiyyat

İki Türkiyə şirkəti Naxçıvana investisiya yatıracaq

“İhlas Holdinq” və “Özgün İnşaat” şirkətlərinin Naxçıvanda da fəaliyyət göstərməsini, həmçinin “Azərbaycan Françayzinq Assosiasiyası”nın Naxçıvan ofisinin yaradılmasını qərarlaşdırmışıq.

Bunu istehsalçı və investorların Naxçıvana səfəri çərçivəsində Naxçıvan Biznes Mərkəzində keçirilən tədbirdə jurnalistlərə açıqlamasında “Azərbaycan Françayzinq Assosiasiyası”nın İdarə Heyətinin sədri Camid Mövsümov deyib.

O bildirib ki, bugünkü tədbirin təşkilində əsas məqsəd xarici investorlarla yerli sahibkarları bir araya gətirmək və Naxçıvanda yeni investisiya imkanlarını araşdırmaqdır: “Tədbirdə Çin, Türkiyə və Azərvaycan investorları iştirak etdilər. Məqsəd “yaşıl enerji”yə, kənd təsərrüfatına, informasiya texnologiyaları və sənaye müəssisələrinin qurulmasına investisiya yatırılmasıdır. Buradakı şirkətlər dünya səviyyəsində tanınan holdinqlər və qruplardır. Naxçıvan sahibkarları ilə birgə iş modeli əsasında şirkətlərin təsis edilməsi də əsas məqsədlərimizdəndir. Artıq iki şirkətin rezident kimi qeydiyyata alınaraq Naxçıvanda işə başlamasına qərar vermişik. Ən qısa müddət ərzində şirkətlərin qeydiyyat prosesinə başlayacağıq. Eyni zamanda, Naxçıvanda yeni biznes mərkəzlərinin və yaşayış binalarının inşasını da düşünürük”.

Camid Mövsümov deyib: “Mart ayında Yaponiya və Türkiyənin kənd təsərrüfatı şirkətlərinin Naxçıvana səfəri planlaşdırılır. Bundan başqa, aprel ayında Azərbaycanda “Turan Economic Forum” keçirməyi də nəzərdə tutumuşuq. Burada da xarici və yerli şirkətlər təmsil olunacaq.

Biz “Zəfər yolu” adlı yürüşümüzə Naxçıvandan başladıq və yanvarın 29-da Qarabağda, Şərqi Zəngəzurda yekun vuracağıq. Növbəti səfərimiz Şərqi Zəngəzur iqtisadi rayonuna olacaq”.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)