Əmanətlərin Sığortalanması Fondunda yeni təyinat
Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADIF) Kreditlərin idarə edilməsi departamentinə yeni direktor təyin edilib.
Məlumata görə, bu vəzifə Vasif İbrahimliyə həvalə olunub.
Vasif İbrahimli buna qədər Əmanətlərin Sığortalanması Fondunda məhkəmələr və icra orqanları ilə iş şöbəsinin müdiri kimi çalışırdı.