Gündəm

Ədliyyə Nazirliyinin İdarəsinə yeni rəis təyin olunub

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Təchizat İdarəsinə yeni rəis təyin olunub.

Penitensiar Xidmətin rəisi Mirsaleh Seyidovun təqdimatı əsasında, ədliyyə naziri Fikrət Məmmədovun müvafiq əmri ilə Mirzəyev Elnur Səyyad oğlu Xidmətin Təchizat İdarəsinin rəisi təyin edilib.

Qeyd edək ki, bundan əvvəl ədliyyə polkovnik-leytenantı Mürsəl İslam oğlu Zeynalov sözügedən idarənin rəisi olub. (qaynarinfo.az)

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)