Aqrar

Belçika 8 ildən sonra Azərbaycandan meşə fındığı almağa başlayıb

Avropa İttifaqı (Aİ) ölkələri 2023-cü ilin yanvar-noyabr aylarında Azərbaycandan təxminən 41,8 milyon avro dəyərində (azalma 23,2%) 7,6 min tona yaxın qabığı təmizlənmiş meşə fındığı (azalma 18,9%) idxal edib.

Aİ-nin Statistika İdarəsinin materiallarına əsasən, yanvar-noyabr aylarında Azərbaycan Almaniyaya təxminən 21,9 milyon avro dəyərində (artım 1,8 dəfə) 3,9 min tona yaxın (artım 1,9 dəfə), İtaliyaya təxminən 13,2 milyon avro dəyərində (azalma 3 dəfə) 2,4 min tona yaxın meşə fındığı (azalma 2,9 dəfə) ixrac edib.

Çexiya, Estoniya, İspaniya, Fransa, Litva, Latviya, Polşa və Slovakiya Azərbaycandan kiçik həcmdə fındıq alıb. Bu ölkələr arasında 2023-cü ilin noyabr ayında Azərbaycandan fındıq alışını bərpa etmiş Belçika (bundan əvvəl 20215-ci ilin dekabrında) var. Bu ölkə Azərbaycandan təxminən 123 min avro dəyərində 22 ton fındıq alıb.

2022-ci ildə Aİ ölkələri Azərbaycandan 58,1 milyon avro dəyərində (2021-ci illə müqayisədə artım 44,5%) 10,1 min ton meşə fındığı (artım 42,7%) idxal edib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)