Qarabağ

Cəbrayılın Xudafərin qəsəbəsi yenidən qurulacaq

Yenidən salınacaq Cəbrayılın Xudafərin qəsəbəsində keçmiş məcburi köçkünlər üçün dayanıqlı şərait yaradılmasına dair işlərə başlanılıb.

ENA.az xəbər verir ki, bu barədə Şərqi Zəngəzur iqtisadi rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidmətindən bildirilib.

Qeyd edilib ki, yaşayış məskəninin konseptual həllində “dayanıqlı kənd”, “yaşıl enerji” və “dayanıqlı nəqliyyat” yanaşmaları əsas götürülüb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)