Bank

Azərbaycandakı İran bankının depozit portfeli 3086% artdı! Naxçıvanbankda isə “əridi” - RENKİNQ

Azərbaycanın bank sektoru informasiyalara çox həssasdır. Bunu ilk növbədə bankların depozit portfellərinin vəziyyətdən görmək mümkündür.

ENA.az xəbər verir ki, ölkəmizdə fəaliyyət göstərən Bank Melli İranda ötən il Azərbaycan Mərkəzi Bankının yoxlamalar aparması bu bankın depozit portfelini minimuma endirmişdi.

Eləcə də Naxçıvanbankın kredit portfelinin Kapital Banka ötürməsi xəbərindən sonra bu bankda da depozitlər əriməyə başladı.

Beləliklə, depozitlərin hesablardan geri çəkilməsi üzrə ən pis göstəricilər Naxçıvanbankda – 39%, Bank Avrasiyada 26%, Ziraat bank Azərbaycanda 16% təşkil edib.

Depozitlərin artımı üzrə 2023-cü ilin oktyabr-dekabr aylarında ən yüksək göstərici 3086% ilə Bank Melli İranın Bakı filialında qeydə alınıb. Və böyük ehtimal ki, bu depozitlər idxal-ixrac əməliyyatları ilə bağlı hüquqi şəxslərə malikdir. Azərbaycanın kommersiya bankları arasında əmanətçilərin güvənini qazanmağı bacarmış bank kimi Yelo Bank ilk üçlükdə ikincidir. Bankın depozit portfeli ilin son üç ayında 101% artım göstərib. Həcm baxımından artıma baxsaq, dövlət bankı olan ABB-də depozit portfeli 1 milyard 1134 milyon manat artıb. Yelo Bankda 649,8 milyon manat artım qeydə alınıb. TOP-3-lüyü 342 milyon manat artımla Paşa Bank bağlayır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)