Bank

Əhalinin daha çox hansı banklara borcu var? – RENKİNQ

Azərbaycan əhalisinin borclanma səviyyəsi artır. ENA.az xəbər verir ki, əhalinin istehlak krediti kimi təkcə banklardan götürdüyü borcun həcmi 7 milyard 10,2 milyon manatdır.

Qeyd edək ki, istehlak krediti fiziki şəxslərə təklif edilən nağd pul kreditidir. Adətən məişət əşyalarının alınması məqsədi daşısa da, tibbi xidmətlər və səyahət üçün də nağd pul istəyənlər olur.

Bu kreditlərin faiz dərəcələri digər kreditlərə nisbətən bahalığı ilə seçilir.

ENA.az-ın hazırladığı renkinq cədvəlinə əsasən, əhalinin ən çox istehlak krediti aldığı Kapital Bankdır. Ölkə əhalisinin bu banka 2 milyard 354 milyon manat borcu var. İkinci yerdə ölkənin dövlət bankı olan ABB qərarlaşıb. Üçüncülükdə isə pərakəndə bank sektorunda  uzun illərin təcrübəsi olan Unibankdır.


 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)