"Venesuela, Qərb üçün, ABŞ üçün niyə bu qədər maraqlıdır?!"
Venesuela, Qərb üçün, ABŞ üçün niyə bu qədər maraqlıdır?
"BI" xəbər verir ki, Venesuela Prezidenti Nicolas Maduro BBC-yə müsahibəsində bu suala cavab verib:
"Kartof və ya cəfəri istehsal etsəydik, geo-siyasi xəritədə yerimiz belə olmazdı. Venesuela, Qərb üçün, ABŞ üçün niyə bu qədər maraqlıdır?! Çünki Venesuela neft çıxarır, dünyanın ən böyük neft ehtiyatına və dünyanın ən böyük 4-cü qaz ehtiyatına sahibdir. İndi sənədləşdiririk ki, Venesuela dünyanın ən böyük qızıl ehtiyatına malikdir. Venesuela əhəmiyyətlidir. OPEC-in lideri, ona başçılıq edir. Bu səbəbdən Venesuelaya hər cür hücum edilir. İraqa, Liviyaya etdikləri kimi. Amma Venesuela İraq və ya Liviya deyil. Bütün bunlara etiraz edəcəyik."
Venesuelanın Dövlət başçısı Nicolas Maduro, ABŞ Prezidenti Donald Tramp-ın hökumətini, ölkəsindəki böhranın səbəbi olduğunu qeyd edərək, Trampun Ağ Ev qrupunu, irqçi təşkilat Ku Klux Klana bənzədib.