Azərbaycandan turist axını 26 % artıb
2023-cü ildə xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının ümumi sayı 2022-ci illə müqayisədə 25,5 % artaraq 1 868,7 min nəfər olub.
ENA.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, son 1 ildə Rusiyaya gedənlərin sayı 1,5 dəfə, Gürcüstana gedənlərin sayı 31,8 %, Türkiyəyə gedənlərin sayı 24,3 % artıb, İrana gedənlərin sayı 27,7 % azalıb.
Ölkə vətəndaşlarının 43,6 %-i Türkiyəyə, 21,5 %-i Rusiyaya, 9 %-i Gürcüstana, 7,6 %-i İrana, 18,3 %-i digər ölkələrə səfər edib. Gedənlərin 64,9 %-ni kişilər, 35,1 %-ni qadınlar təşkil edib.
Azərbaycan vətəndaşlarının 67,5 %-i hava, 30 %-i dəmir yolu və avtomobil, 2,5 %-i isə dəniz nəqliyyatından istifadə edib.