Sosial iqtisadiyyat

Azərbaycanda yük daşımalarının həcmi 5,3% artıb

2023-cü ildə Azərbaycanda bütün növ nəqliyyat vasitələri ilə 230,232 milyon ton yük daşınıb ki, bu da 2022-ci ilin müvafiq dövrünün göstəricisindən 5,3% çoxdur. Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Yük daşımalarının strukturunda 78,2% qeyri-dövlət nəqliyyat müəssisələrinin, 21,8% dövlət sektorunun payına düşüb. 2023-cü ildə qeyri-dövlət nəqliyyat müəssisələri tərəfindən yük daşımalarının həcmi 5,4% artıb.

Dəmir yolu ilə 18,262 milyon ton yük daşınıb ki, bu da 2022-ci ilin göstəricisindən 2,6% azdır.

Dəniz nəqliyyatı ilə 9 milyon 10,8 min ton (artım 19,8%), avtomobil nəqliyyatı ilə 134,216 milyon ton (artım 6,5%), hava nəqliyyatı ilə 338,8 min ton (azalma 16,7%) müxtəlif növ yük daşınıb.

Hesabat dövründə magistral neft kəmərləri vasitəsilə 39 milyon 753,2 min ton neft (artım 5,2%) nəql olunub.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)