Bank

12 bankın faiz xərcləri artıb

Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 12-nin ötənilki faiz xərcləri əvvəlki ilə nisbətən çox olub. 

Bunlar İran Milli Bankının Bakı filialı, "NBC Bank", "Muğan Bank", "Naxçıvan Bank", "Express Bank", "Zıraat Bank Azərbaycan", "Azər-Türk Bank", "Premium Bank", "Atabank", "Bank BTB", "Günay Bank" və "Turan Bank"dır. Ən yüksək dinamika İran Milli Bankının Bakı filialında (2,1 dəfə), ən aşağı dinamika isə "Turan Bank"da (0,4%) qeydə alınıb.

1 bankın - Pakistan Milli Bankının Bakı filialının faiz xərcləri dəyişməyib.

Qalan 17 bankın isə faiz xərcləri azalıb. Ən çox azalma "Bank VTB Azərbaycan"da (71%), ən az azalma isə "Amrah Bank"da (1,5%) qeydə alınıb.

 

3 bankın faiz xərcləri 50 milyon manatdan çoxdur

2018-ci ildə Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 3-nün faiz xərcləri 50 milyon manatdan çox olub.

Bunlar "Azərbaycan Beynəlxalq Bankı" (118,386 milyon manat), "Kapital Bank" (75,713 milyon manat) və "Access Bank"dır (51,782 milyon manat).

Qalan 27 bankdan 16-da faiz xərcləri 10-50 milyon manat arasında, 9 bankda 1-10 milyon manat arasında, 2 bankda isə 1 milyon manatdan azdır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)