Bloomberg qaçqınlar üçün ən yaxşı ölkələri açıqladı
Birləşmiş Ştatlar, İsveç və Hong-Kong inzibati bölgəsi onlara pəhan gətirən xariciləri daha yaxşı maliyyə şərtləri ilə təmin edir. Bir mütəxəssisin il ərzində maaşı 21 min dolları ötür.
Bİ.az xəbər verir ki, Bloomberg bu gösətiriciləri HSBC bankın araşdırması əsasında açıqlayıb. Başqa ölkəyə köçən qaçqınların yarısından bir qədər azı, təxminən 45 faizi bildiriblər ki, vətənlərindəki qazancdan daha çox gəlir əldə edirlər. Hansı sahələrdə çalışan insanlardan söhbət getdiyi haqqında isə söhbət açılmır. Ən yaxşı əmək haqqı: İsveçdə orta hesabla xarici işçiyə il ərzində təxminən 203 min dolları ödəyirlər.
Bu rəqəm ABŞ-da 185,1 min dollar, Honkonqda isə 178,7 min dollardır. Yaxşı yaşamaq üçün: Dördüncü ildir ki, ardıcıl olaraq, yaşamaq üçün həyat şəraiti ən yaxşı ölkə Sinqapur seçilir. Ondan sonrakı yeri Yeni Zenlandiya və Kanada tutur. İsveç gender bərabərliyinin gözlənildiyi ən yaxşı ölkəyə hesab edilir. Siyahı hazırlanarkən, bank mütəxəssisləri burada yaşayanların həyat səviyyəsinin dövlət gəlirlərinə olan nisbtəti üzrə göstəricilərə əsaslanıblar.
Daha nə məlumdur: HSBC bankın hesablamalrına görə, 2018-ci ilin əvvəlinə olan statistikaya görə, xarici top-menecerlərə ən yüksək əmək haqqı verən şəhərlər Mumbai, San-Fransisko və Sürix olub.