3 bank mənfəətin 76,4%-nə sahibdir. Bunlar hansılardır? - RENKİNQ
Azərbaycanda maliyyə sektorunda ötən il 25 bank vardısa, ilin sonuna 23 bank qaldı. Bu banklar ümumilikdə 1 milyard manatdan yuxarı xalis mənfəətlə çıxdılar. ENA.az xəbər verir ki, bu mənfəətin 764 milyon manatı 3 bankın - ABB, Kapital, PAŞA bankın payına düşür. Qalan 13,6%-i isə 20 bank öz arasında bölüşdürür.
Bu rəqəm isə bank sektorunda təmərküzləşmənin artdığını göstərir.
Ən böyük mənfəət əldə edən Azərbaycanın dövlət bankı olan ABB-dir. PAŞA Holdinqə daxil olan Kapital Bank və Paşa Bank isə birlikdə 441.4 milyon manat təmiz mənfəət açıqlayıb.
Zərər göstəricisində hələki öndə olan BTB bankdır. BU bankın ötən il səhmdar dəyişdirməsi ilə bağlı xəbərlər var.
ENA.az xüsusən də əmanətçilərin seçim edərkən maliyyə hesabatlarına fikir vermələrinin əhəmiyyətini vurğulayaraq, bankların təmiz mənfəəti üzrə renkinq cədvəlini oxucularına təqdim edir.