Birja

Dünya bazarlarında dollar bahalaşır

FED üzvü Kristofer Uollerin açıqlamaları, Çin iqtisadiyyatından, xüsusilə daşınmaz əmlak sektorundan gələn zəif məlumatlar və Qırmızı dəniz ticarət dəhlizi ilə bağlı qeyri-müəyyənliklər dollara tələbi artırıb.

Dollar İndeksi çərşənbə axşamı 0,8 faiz artımla bağlanaraq mart ayından bəri ən sürətli yüksəlişini qeyd edib. İndeks də çərşənbə axşamı günü 1237 bəndlə dekabrın 12-dən bəri ən yüksək səviyyədə bağlanıb və yeni ticarət günündə də yüksəlir.

Amundi Asset Management-in Sabit Gəlirli Qiymətli Kağızlar və Valyuta Direktoru Paresh Upadhyaya, “Bazarlar FED-in faiz dərəcələrinin azaldılması ilə bağlı çox optimist olaraq qalır. Bu, geosiyasi risk və ya siyasi qeyri-müəyyənlik səbəbindən riskdən qaçmaq istənildikdə, dolları təhlükəsiz vəsait kimi artıracaq”, -deyə o şərh edib.

Çinin başçılıq etdiyi Asiya Sakit Okean səhmləri azalarkən, ABŞ fond fyuçersləri də zəifləyir. Honq Konqun Hang Seng indeksi 2,8 faiz, Çinin CSI 300 indeksi isə 0,7 faiz ucuzlaşıb.

S&P 500 fyuçersləri 0,2 faiz ucuzlaşıb. Çərşənbə axşamı günü 12 bənd yüksələn ABŞ 10 illik istiqraz faizi bu səhər bir bənd azalaraq 4,05 faizə düşüb.
 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)