Pakistan İrana nota verdi
İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) “Ceyş əl-Ədl” qruplaşmasının Pakistandakı bazasına ballistik raket və pilotsuz uçuş aparatları ilə zərbə endirib. Zərbələrin ardınca Pakistan İrana nota verib.
ENA.az xəbər verir ki, məlumatla əlaqədar Pakistan Xarici İşlər Nazirliyi bəyanat yayıb.
“Nəticədə iki məsum uşaq ölüb və üç qız yaralanıb”, - qeyd olunub.
***
Bəyanatda deyilir:
“İran silahlı qüvvələrinin Pakistanın hava məkanını əsassız şəkildə pozmasını və Pakistan ərazisi daxilində iki günahsız uşağın ölümü, üç qızın isə yaralanması ilə nəticələnən zərbəni qətiyyətlə pisləyirik. Pakistanın suverenliyinin bu şəkildə pozulması tamamilə qəbuledilməzdir və ciddi nəticələrə səbəb ola bilər.
Bundan əlavə, İranın müvəqqəti işlər vəkili Pakistanın suverenliyinin belə açıq şəkildə pozulmasını qəti şəkildə pislədiyimizi və bunun nəticələrinə görə məsuliyyətin tamamilə İranın üzərinə düşəcəyini bildirmək üçün Xarici İşlər Nazirliyinə çağırılıb”.
Bildirilib ki, bu, terrorizmlə mübarizə aparan bütün region ölkələri üçün ümumi təhlükədir. Bu cür birtərəfli hərəkətlər mehriban qonşuluq münasibətlərini və ikitərəfli etimadı ciddi şəkildə sarsıda bilər.