Sosial iqtisadiyyat

Məmməd Musayev: "Son 20 ildə ÜDM-in illik real dəyəri 3,6 dəfədən çox artıb"

Son 20 ildə Azərbaycanda istehsal olunan Ümumi Daxili Məhsulun (ÜDM) illik real dəyəri 3,6 dəfədən çox artıb.

ENA.az xəbər verir ki, bunu Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayev Bakıda keçirilən "Dövlət-Sahibkar Tərəfdaşlığı:Dayanıqlı İqtisadiyyatın Əsası" mövzusunda tədbirdə bildirib.

Onun sözlərinə görə, bu illər ərzində ölkədə adambaşına düşən ÜDM-in dəyəri 769 ABŞ dollarından 7 798 ABŞ dollarına yüksəlib, qeyri-neft-qaz ÜDM-nin illik dəyəri 4,1 milyard ABŞ dollarından 41,1 milyard ABŞ dollarına, ölkənin xarici ticarət dövriyyəsinin illik dəyəri 9,5 dəfədən çox artaraq 50 milyard ABŞ dollarına çatıb, o cümlədən qeyri-neft-qaz ixracının dəyəri isə 8,9 dəfədən çox artaraq 3,3 milyard ABŞ dollarını ötüb", - deyə o qeyd edib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)