İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinə sədr müavini təyin edilib

“İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi” (İRİA) publik hüquqi şəxsin İdarə Heyətinə sədr müavini təyin olunub.
İRİA-dan verilən məlumata görə, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin müvafiq qərarına əsasən, bu vəzifəyə Rəşad Xalıqov təyin edilib.
Qeyd edək ki, Rəşad Xalıqov 2021-ci ilin oktyabr ayından Agentliyin sədrinin müavini vəzifəsini müvəqqəti icra edirdi.