Vakansiyalar

PASHA Holding işçi axtarır - VAKANSİYA

Baş Auditor

 Son tarix 09 fev 2024

İşin təsviri:

  • Təsdiq olunmuş İllik Audit Planına və Audit Komitəsinin tapşırığına əsasən audit, sonrakı audit və xüsusi audit layihələrini həyata keçirmək;
  • Audit layihəsi çərçivəsində risklərin idarə edilməsi, nəzarət və idarəetmə proseslərinin effektivliyini qiymətləndirmək;
  • Audit layihəsi çərçivəsində vəzifəcə aşağı əməkdaşların işinə nəzarət etmək;
  • Audit layihəsinin nəticələri barədə hesabatın hazırlanmasında iştirak etmək;
  • Audit layihəsi üçün İş Proqramının hazırlanmasında iştirak etmək;
  • Audit layihəsi zamanı  çatışmazlıqların aşkar edilməsi üçün audit prosedurların həyata keçirilməsini təmin etmək;
  • Audit layihələri üzrə hesabatlarının düzgün, keyfiyyətli və effektiv tərzdə hazırlamaq;
  • Daxili Audit Departamenti direktorunun tapşırığı ilə Daxili Audit Departamentinin fəaliyyəti ilə bağlı icmal hesabatlarının hazırlanmasında iştirak etmək;
  • Audit üzrə iş və vaxt bölgüsü hesabatının (Retain management) hazırlanmasında iştirak etmək;
  • İştirak etdiyi audit layihəsi çərçivəsində vəzifəcə aşağı əməkdaşların işinin qiymətləndirilməsində iştirak etmək;
  • Layihə rəhbəri və ya Daxili Audit Departamentinin direktoru tərəfindən həvalə olunan digər tapşırıqları səlahiyyət çərçivəsində yerinə yetirmək.

Tələb olunan Təhsil, Təcrübə və Bacarıqlar:

  • Ali iqtisadi və ya hüquqi təhsil  (ali təhsil digər ixtisaslar üzrə olduqda əlaqədar sahələrdə minimum dörd illik təcrübə);
  • Müvafiq iş təcrübəsi: 4 ildən artıq ümumi, 3 ildən artıq audit funksiyasında;
  • CIA / CFSA / ACCA / CPA / CIMA / CISA / CFA (L1) müvafiq peşəkar kvalifikasiyalı namizədlərə üstünlük veriləcək;
  • Audit prosedurları həyata keçirmək üçün müvafiq sektor və biznes proseslər üzrə biliklərin olması;
  • Bankçılıq və ya Sığorta sahələrini nizamlayan qanunverici orqanın tərtib etdiyi normativ və hüquqi sənədlər üzrə biliklərin olması arzuolunandır;
  • Analitik bacarıqlar, ünsiyyət qurma bacarıqları;
  • Kompüter savadlığı və müvafiq proqram təminatı (MS Windows məhsulları üzrə) ilə işləmək bacarığı.
  • Ezamiyyələrdə iştirak etmək imkanı.
  • Azərbaycan və ingilis dillərini işgüzar səviyyədə mükəmməl bilməli.

Müraciət etmə qaydaları:

Maraqlanan namizədlərdən aşağıda göstərilən qaydada müraciət etmək xahiş olunur:

  • CV-lər jobsaudit@pasha-holding.az e-mail ünvanına göndərilməlidir;
  • Mövzu sətrində “PLI -Baş Auditor” qeyd olunmalıdır;
  • CV-lər 07 fevral, 2024-cü il tarixinə qədər göndərilməlidir.

Diqqət: Müraciət edən namizədlərin CV-ləri seçim üçün ilkin baxışdan keçiriləcəkdir. İlkin CV seçimi zamanı qeyd edilən şərtlərə uyğun namizədlər ilə e-poçt və / və ya telefon vasitəsilə əlaqə saxlanılaraq müsahibəyə dəvət ediləcəklər.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)